Bakı. Vahab Rzayev – APA-Economics. Təmir işləri ilə əlaqədar olaraq aprelin 23-də saat 10:00-dan saat 14:00-dək “Təzə Qanlıgöl” orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 18:00-dək “Ərəblinka” qaz kəmərində, saat 10:00-dan 17:00-dək isə “Məişət” qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Nəsimi, Səbail, Yasamal və Xətai rayonlarının bir hissəsinə, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.