Bank Of Baku

Şamaxı və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Şamaxı və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 28 fevral 2013 15:26 (UTC +04:00)

 

Bakı – APA-Economics. Sabah Şamaxı və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq martın 1-də saat 09:00-dan 17:00-dək Dilman-Şərədil xətti istisna olmaqla «Şamaxı» Avtomatik Qazpaylayıcı Stansiyasından, saat 10:00-dan 18:00-dək isə «Tovuz» Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.  

 

Təmir işləri ilə əlaqədar olaraq, martın 1-də saat 09:00-dan 17:00-dək təmir işləri aparılan müddətdə Şamaxı şəhəri də daxil olmaqla rayonun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə, həmçinin Tovuz şəhəri daxil olmaqla rayonun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR