Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Şirvan və Qəbələnin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar sentyabrın 2-də saat 16:00-dək «Şirvan» Qaz Paylayıcı Stansiyasından qidalanan «Hacıqəhrəmanlı» və «Şirvan sənaye», saat 14:00-dən 17:00-dək isə «Qəbələ» ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Qəbələ şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələrinə və Şirvanın Hacıqəhrəmanlı qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.