Bank Of Baku

Transxəzər qaz boru kəmərinin dənizin dibi ilə keçən hissəsi üçün 1-2 mlrd. dollar tələb olunur

Transxəzər qaz boru kəmərinin dənizin dibi ilə keçən hissəsi üçün 1-2 mlrd. dollar tələb olunur
# 06 fevral 2013 11:02 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu bəyan edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev dəqiqləşdirib ki, ilk növbədə iki əsas və mühüm sənəd imzalanmalıdır. Bunlardan biri Azərbaycan, Türkmənistan və Avropa İttifaqı arasında siyasi iradə ilə bağlı sənəd, digəri isə Azərbaycan və Türkmənistan arasında boru kəmərinin tikintisi barədə saziş olmalıdır.

 

Eyni zamanda, N.Əliyev layihənin əsas mübahisəli məsələsi kimi qazın harada təhvil verilməsi ilə bağlı olduğunu deyib. Belə ki, Türkmənistan ümumilikdə həmin kəmərlə ildə 30 mlrd. kubmetr həcmində təbii qaz ixrac edərək satmaq niyyətində olduğunu bildirsə də, qazın Xəzərin ona aid olan sahilində satılmasının tərəfdarıdır. Azərbaycan isə öz növbəsində qazı öz sahələrində təhvil almaq istəyir. Beləliklə, boru kəmərinin tikintisinin kim tərəfindən maliyyələşdirilməsi məsələsi açıq qalır. «Türkmənistanın mövqeyindən belə çıxır ki, o, kəmərin tikintisində iştirak etməməlidir. Azərbaycan isə tikintiyə investisiyanı yalnız müştərək şəkildə etməyə hazırdır», - deyə N.Əliyev qeyd edib.

 

Layihənin dəyərindən danışan N.Əliyev bəyan edib ki, 1998-ci ildə layihə (kəmər və lazımi infrastrukturun inşası və qurulması) təxminən 3 mlrd. ABŞ dolları səviyyəsində qiymətləndirilib, lakin sonradan layihə daha da bahalaşıb: «Məsələn, təkcə Xəzərin dibi ilə aparılacaq boru kəmərinin tikintisinə 1-2 mlrd. dollar tələb olunur».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR