Bank Of Baku

Türkiyə Aralıq dənizinin şərqində və Qara dənizdə neft-qaz kəşfiyyatı üçün ARDNŞ-a müraciət edib

Türkiyə Aralıq dənizinin şərqində və Qara dənizdə neft-qaz kəşfiyyatı üçün ARDNŞ-a müraciət edib
# 26 aprel 2013 13:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Türkiyə Aralıq dənizinin şərqində və Qara dənizdə neft-qaz kəşfiyyatı üçün Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) müraciət edib. Bu barədə APA Türkiyə mətbuatına istinadən məlumat verib.

 

Məlumatda qeyd olunub ki, rəsmi Ankara neft və qaz yataqlarının axtarışına Azərbaycanın cəlb olunmasını istəyir. Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşdə ortaq şəkildə Aralıq dənizinin şərqində və Qara dənizdə tədqiqatların aparılmasını təklif edib.

 

Azərbaycan hökumətinin bununla bağlı cavabının ilin sonunadək verəcəyi bildirilib.

 

Qeyd edək ki, hazırda ARDNŞ Türkiyənin neft-kimya sektorunda böyük layihələr planlaşdırır. Şirkət Türkiyənin ən böyük neft-kimya kompleksi olan «Petkim»in sahibidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR