Bakı. Real Cəfərli - APA. Türkmənistanla İran arasındakı neft müqaviləsinin müddəti daha üç il müddətinə uzadılıb.
APA-nın İRİB-ə istinadən məlumatına görə, bununla da Xəzər dənizinin şərqindəki dayaz sularda Türkmənistan qazıntı layihələrinə İranın texniki-mühəndis xidmətlərindən istifadənin müddəti on il olacaq.
Yeni müqaviləyə əsasən, “İran Xəzər” dəniz qazma qurğusunun gündəlik icarəsi təqribən 159 min dollar təyin edilib. Ümumilikdə isə İran qurğunun, habelə xidmət və digər vasitələrin icarə xərclərinin hesablanması, həmçinin bəzi yardımçı xidmətlərin göstərilməsi ilə gündəlik 165 min dollardan çox gəlir əldə edəcək.