Bank Of Baku

Ucar rayonunda enerjinin verilişi ilə bağlı problemlər müşahidə olunur

Ucar rayonunda enerjinin verilişi ilə bağlı problemlər müşahidə olunur
# 21 iyun 2013 13:15 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Son günlər Ucar rayonunda enerjinin verilişi ilə bağlı ciddi problemlər müşahidə olunur. APA-nın yerli bürosunun məlumatına görə, hava şəraitindən asılı olmayaraq, gün ərzində enerjinin verilişində bir neçə dəfə fasilələr yaranır. Ötən gecə isə saat 02:00-dan etibarən rayonun bir çox yaşayış məntəqəsinə enerjinin verilişi tamamilə dayandırılıb. Bu da abonentlərin ciddi narazılığına səbəb olub.

 

Ucar Paylayıcı Elektrik Şəbəkəsinin baş mühəndisi Bahadur Faxrədov APA-ya açıqlamasında bildirib ki, gecə saatlarından enerjinin verilişinin tamamilə dayandırılmasının səbəbi bölgədə yağan yağışla əlaqədardır. Yağış nəticəsində rayonun Lək və Xalac kəndləri sərhədində yerləşən dayaqda qısaqapanma nəticəsində yanğın baş verib və bunun nəticəsində rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb. B.Faxrədovun sözlərinə görə, bu gün axşam saatlarına kimi enerjinin verilişi tam bərpa olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR