Ucar. Zahid Abışov - APA. Ucarda elektrik enerjisinin verilişində problem yaranıb. Sakinlərin APA-nın yerli bürosuna verdikləri məlumata görə, havanın küləkli keçməsi dünən saat 23:00 radələrindən rayonun bir çox yaşayış məntəqəsinə enerjinin verilişinin dayandırılmasına səbəb olub.
Ucar Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşı Arif Məmmədov APA-ya bildirib ki, rayonda əsən küləklə əlaqədar Şahlıq, Qaradağlı, Yuxarı Şilyan, Qarabörk, Lək, Qazyan və Xalac kəndlərində enerjinin verilişində fasilə yaranıb.
Hazırda təmir briqadaları həmin ərazidə bərpa işləri aparır. Bu gün axşam saatlarına kimi rayonun bütün yaşayış məntəqələri enerji ilə təmin olunacaq.