«APA-Economics»in məlumatına görə, bunu «BP-Azerbaijan» şirkətinin «Şahdəniz» işlənməsi layihəsi üzrə vitse-prezidenti Al Kuk bildirib.
Onun sözlərinə görə, artıq Yunanıstan və İtaliyadan olan şirkətlərlə qaz müqavilələri üzrə müzakirələr başa çatıb və yaxın bir neçə həftədən sonra müvafiq müqavilələr imzalanacaq: «Hazırda digər potensial müştərilərlə də danışıqlar aparılır».