Bank Of Baku

Yükgöndərən şirkətlər «Nabucco» layihəsinə maraq göstərir

Yükgöndərən şirkətlər «Nabucco» layihəsinə maraq göstərir
# 16 may 2013 09:29 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Nabucco» qaz boru kəmərinin potensial istifadəçiləri ilə danışıqların aparılması və müqavilələrin imzalanması prosesinin qeydiyyat mərhələsinə start verilməsindən sonra yükgöndərən şirkətlər bu layihəyə böyük maraq göstərir.

 

«Nabucco Gas Pipeline International GmbH.» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, potensial istifadəçilərlə danışıqların aparılması və müqavilələrin imzalanması prosesinin qeydiyyat mərhələsinə start verilməsindən bir həftə sonra yükgöndərən şirkətlərin «Nabucco West» boru kəməri üzrə qeydiyyata və nəql olunacaq həcmlərin sifariş edilməsinə göstərdikləri maraq gözlənildiyindən də artıq olub.

 

«Nabucco» layihəsi müxtəlif yükgöndərən şirkətlərin, o cümlədən «Nabucco» layihəsi, «Şahdəniz» konsorsiumu və onun alıcılarına daxil olmayan potensial yükgöndərən şirkətlərin böyük marağına səbəb olub.

 

«Biz potensial yükgöndərən şirkətlərin potensial istifadəçilərlə danışıqların aparılması və müqavilələrin imzalanması prosesinə göstərdikləri dərin maraqdan çox məmnunuq. Bu yüksək səviyyədə maraq Avropa bazarlarını Xəzər dənizindən hasil olunan qazla əlaqələndirən Cənubi Qaz Dəhlizinin açılmasına, həmçinin Cənubi Qaz Dəhlizinin flaqman layihəsi olan «Nabucco» layihəsinə olan tələbatı aydın şəkildə nümayiş etdirir», - deyə «Nabucco Gas Pipeline International GmbH.» şirkətinin icraçı direktoru Reynhard Mitçek (Reinhard Mitschek) bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR