Bank Of Baku

Yunanıstanın “DEPA” qaz şirkətinin satışı üzrə müsabiqə təkrar keçiriləcək

Yunanıstanın “DEPA” qaz şirkətinin satışı üzrə müsabiqə təkrar keçiriləcək
# 11 iyun 2013 02:19 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstanın ətraf mühitin qorunması, energetika və iqlim dəyişikliyi nazirinin müavini Asimakis Papageorgiu bəyan edib.

 

“Biz müsabiqədə daha çox iştirakçıların olması üçün növbəti mərhələdə yaxşı şəraitin yaranacağına inanırıq, çünki Yunanıstanın avrozonadan çıxma ehtimalı xeyli zəifləyib”, deyə Asimakis Papageorgiu vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın “Qazprom” şirkəti istəsə, yeni müsabiqədə iştirak edə bilər, lakin yunan tərəfi ölkə əhalisinin 67 faizini “mavi yanacaqla” təmin edən bu şirkətlə qazın qiymətlərinə dair müzakirələri davam etdirmək niyyətindədir. “DEPA” qaz şirkətinin satışı üzrə yeni müsabiqənin tarixi barədə hələlik heç bir məlumat verilmir.  

 

İyunun 10-da keçirilmiş müsabiqə zamanı “DEPA” şirkətinə əsas iddiaçı sayılan Rusiyanın “Qazprom” şirkəti və Yunanıstanın “Motor Oil” və “Mytilineos” şirkətləri tərəfindən yaradılmış “M&M Gas” müştərək müəssisəsi şirkətin əldə olunması üçün heç bir təklif irəli sürməyiblər.   

 

Qeyd edək ki, müsabiqə zamanı “DEPA”-nın törəmə müəssisəsi olan və Yunanıstanın qaz nəqli şəbəkəsinin sahibi sayılan “DESFA” şirkətinin satın alınmasına yalnız Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) maraq göstərib. “DESFA”ya digər iddiaçı olan Rusiyanın “Nequsneft” şirkəti (“Sintez” şirkətlər qrupu) müraciətini geri götürüb.   

 

“DEPA” şirkətinin 65 faiz səhmlərinə sahib olan (səhmlərin qalan 35 faizi isə “Hellenic Petroleum” dövlət şirkətinə məxsusdur) Yunanıstanın Özəlləşdirilmə Fondunun (HRADF) press relizində qeyd olunur ki, “DEPA”nın özəlləşdirilməsi ilə bağlı “heç bir təklif” irəli sürülməyib. Sənəddə vurğulanıb ki, ARDNŞ “DESFA” şirkətinin səhmlərinin 66 faizini əldə olunması ilə bağlı əsaslı müraciət təqdim edib. Press relizdə qeyd olunub ki, Yunanıstanın Özəlləşdirilmə Fondu  (HRADF) keçiriləcək növbəti iclasında “maliyyə və hüquq müşavirlərinin tövsiyələrini nəzərə alaraq ARDNŞ-in müraciətinin əsaslandırılmış olması barədə qərar verəcək”.   

  

Xəbər verildiyi kimi, ötən gün keçirilmiş müsabiqənin nəticələrinə görə, Yunanıstanın satışa çıxarılmış "DESFA" qaz şirkətinə yeganə iddiaçı Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) olub.

 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu Rusiyanın “Sintez” və Yunanıstanla Çexiyanın müştərək “Terna-PPF” şirkətlərinin  "DESFA" qaz şirkətinin özəlləşmə müsabiqəsində iştirakdan imtina etdikdən sonra mümkün olub.  

 

Rusiyanın “Sintez” enerji şirkəti Yunanıstanın DESFA qaz şirkətinin satışı üzrə müsabiqəsində iştirak etmək üçün tələb olunan ərizəni təqdim etməyib. Bu barədə “Röyters” agentliyi özəlləşdirilmə müsabiqəsinin gedişatı ilə tanış olan  mənbələrinə istinadən xəbər verib. Agentliyin məlumatına görə, Transadriatik qaz kəməri (Trans Adriatic Pipeline, TAP) ilə resurslarını Avropa bazarına çıxarmaq niyyətində olan Azərbaycanın “SOCAR” neft-qaz şirkəti Yunanıstanın "DESFA" qaz şirkətinə əsas iddiaçı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR