Sabah Bakıda beynəlxalq neft-qaz sərgisi işə başlayır - FOTO
«APA-Economics»in məlumatına görə, sərgi ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirilib ki, «Caspian Oil & Gas» sərgisində dünyanın 27 ölkəsindən 285 şirkətin, o cümlədən neft və qaz sektorlarını təmsil edən bütün bölmələrin istehsal və idarəetmə, neft və neft məhsullarının nəqli üzrə təşkilatların rəhbər işçiləri, ekologiya işçiləri, eləcə də elm xadimlərinin iştirakı gözlənilir. Bundan başqa, tədbirə Böyük Britaniya, Rusiya, Türkiyə və Almaniyanın milli qrupları qatılacaq.
Tədbirin VIP-qonaqları arasında Norveç şahzadəsi Xokon, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Norveçin neft və energetika naziri Ola Borten Moe və başqaları var.
Sərgi sahəsinin 40%-dən çox hissəsini əsas etibarilə tədbirin daimi iştirakçıları olan dünya şöhrətli şirkətlər tutacaq. Sərginin sponsorları arasında ARDNŞ, «Baku White City», «BP-Azerbaijan», «Caspian Geophysical», «Caspian Pipe Coatings», «Conoco Phillips», «Cross Caspian Oil & Gas Logistics», DEPA, «Edison», «Fluenta», «GDF Suez», «Inpex Corporation», «McDermott Caspian», «Nobel Oil», OMV, RWE, «Statoil», «Salans», TAP, «Total E&P Azerbaijan» və «Volgaburmaş» şirkətləridir.
Keçən illə müqayisədə sərgi iştirakçılarının sayı 25% artıb. Yerli iştirakçıların sayı da artıb – onlar bütün sərgi iştirakçılarının 38%-ni, debütant şirkətlər isə iştirakçıların ümumi sayının 12%-ni təşkil edir.
Sərginin ikinci günü - iyunun 8-də «Hyatt Regency» mehmanxanasında «Caspian Oil & Gas» konfransı işə başlayacaq. İki gün davam edəcək tədbirdə 30-dan çox ölkədən 500-dən artıq nümayəndə heyətinin iştirakı planlaşdırılır. Konfransda Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın bu məsələdə rolu, ölkənin investisiya baxımından cəlbedici olması, habelə Azərbaycanda kəşfiyyat və hasilatın əsas inkişaf istiqamətləri kimi mövzular müzakirə ediləcək. Konfransın meneceri Nigar Muradxanlının sözlərinə görə, tədbirdə dünya enerji bazarında dəyişikliklər, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, Azərbaycanın investisiya baxımından cəlbediciliyi, kəşfiyyat, nəqletmə layihələri, eləcə də ekoloji məsələlər müzakirə predmeti olacaq, 50-dən artıq məruzəçinin çıxışı gözlənilir. ABŞ nümayəndəsi R.Morninqstarla yanaşı, burada Böyük Britaniyanın Xəzər enerji məsələləri üzrə məsləhətçisi Anqus Miller, Türkmənistanın «Türkmənneft» Dövlət Konserninin sədri, Türkmənistanın dövlət naziri Anaqulu Dəryayev, Qaz İxracatçı Dövlətləri Forumunun baş katibi Leonid Baxanovski, Beynəlxalq Enerji Agentliyinin təhlükəsizlik və enerji bölməsinin direktoru Didye Husan, Macarıstan və Polşanın İnkişaf nazirliklərinin nümayəndələri və s. iştirak edəcəklər.
Sərgi və konfransı dünyanın 11 ölkəsindən 90 KİV nümayəndəsi işıqlandıracaq. Sərginin ekspozisiyası «Baku Expo Center» kompleksinin 2 pavilyonunu əhatə edəcək və ən yeni neft-qaz avadanlıqları, habelə neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyaları nümayiş etdirəcək. Bununla yanaşı, sərgidə Azərbaycanda icra olunan və gələcəkdə həyata keçiriləcək neft və qaz layihələri təqdim ediləcək.
Xəbər Lenti
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb
Lənkəranda yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb
AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb