Pandemiya şəraitində gigiyena şərtlərinə əməl etməklə yerli sahibkarların beynəlxalq sərgilərdə iştirakı təmin ediləcək.
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında çıxış edən Azpromo-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycan istehsalçılarının məhsulları yaxın aylarda üç ölkədə sərgilənəcək: "Onların sırasında fevralda Dubayda keçiriləcək "Gulfood 2021" sərgisi, mart ayında Çinin Çendu şəhərində təşkil olunacaq sərab və spirtli içkilər sərgisi, eyni zamanda Moskvada keçiriləcək "MosBuild" beynəlxalq tikinti materialların sərgisidir".