Azərbaycanda “Translogistica Caspian” Sərgisi keçiriləcək

Azərbaycanda “Translogistica Caspian” Sərgisi keçiriləcək
# 27 may 2024 17:43 (UTC +04:00)

4-6 iyun tarixlərində Azərbaycanda region üçün mühüm əhəmiyyət daşıyan tədbir - 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisi təşkil ediləcək. Bakı Enerji Həftəsi ilə eyni tarixlərə təsadüf edən sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək.

APA-Economics” xəbər verir ki, sərgiyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və s. tərəfindən dəstək göstərilir.

“TransLogistica Caspian” sərgisində kommersiya şirkətləri ilə yanaşı dövlət strukturlarının nümayəndələri də iştirak edəcək.

İyun ayında keçiləcək üç günlük sərgidə Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Fransa, Qazaxıstan, İsveçrə, Latviya, Rusiya Federasiyası, Türkiyə və Ukraynadan olan şirkətlər iştirak edəcəklər.

“TransLogistica Caspian” sərgisi nəqliyyat sektorunun bir çox sahələrini birləşdirən səmərəli platformadır. Ənənəvi olaraq bu ilki tədbirdə də aviasiya, dəmiryol infrastukturu, dənizçilik sənayesi, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarının əsas istiqamətləri müzakirə olunacaq.

Tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşları olan “ICA Events” və “CEM FZ LLC” şirkətləridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR