Bank Of Baku

Bulvarda “Zəfər yolu ilə Böyük Qayıdış” adlı fotosərgi təşkil olunub - FOTO

Bulvarda “Zəfər yolu ilə Böyük Qayıdış” adlı fotosərgi təşkil olunub - FOTO
# 07 noyabr 2025 15:48 (UTC +04:00)

Noyabrın 7-də Zəfər Günü ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfər yolu ilə Böyük Qayıdış” adlı fotosərgi təşkil olunub.

APA xəbər verir ki, Dənizkənarı Milli Parkda bir ay davam edəcək sərgi işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq proseslərini və “Böyük Qayıdış” Dövlət Proqramının nəticələrini əks etdirir.

Sərgi vasitəsilə paytaxt sakinləri və qonaqlar Azərbaycanın qısa dövrdə həmin ərazilərində həyata keçirdiyi müasir şəhər modelləri ilə tanış ola biləcəklər.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbədən sonra Azərbaycan şəhərsalma sahəsində yeni mərhələyə qədəm qoyub. Təcavüz nəticəsində viran edilmiş, urbisid və ekosidə məruz qalmış ərazilərdə beş il ərzində əldə edilən uğurlu nəticələr münaqişədən sonrakı bərpanın qlobal nümunəsinə çevrilib. Azərbaycanın müasir şəhərsalma siyasəti insan-mərkəzlilik, dayanıqlılıq və innovasiya prinsiplərinə əsaslanır.

“Zəfər yolu ilə Böyük Qayıdış” fotosərgisi bu transformasiyaların ruhunu vizual olaraq çatdırır. Fotoşəkillərdə əks olunan bütün şəhərsalma və infrastruktur layihələri, habelə doğma yurda qayıdış səhnələri Zəfərin simvolu kimi böyük nikbinlik və gələcəyə inam aşılayır.

1 2 3 4 5 İDMAN XƏBƏR

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR