Cavid Abdullayev: Azərbaycanda "yaşıl hidrogen" istehsalı üçün ciddi addımlar atılır

Cavid Abdullayev: Azərbaycanda "yaşıl hidrogen" istehsalı üçün ciddi addımlar atılır
# 30 noyabr 2023 17:08 (UTC +04:00)

Azərbaycanda "yaşıl hidrogen" istehsal olunması istiqamətində çox ciddi addımlar atılır.

"APA-Economics" xəbər verir ki, bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyin direktoru Cavid Abdullayev Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edərək bildirib.

Onun sözlərinə görə, Azərbaycanda "yaşıl hidrogen"in istifadəsi istiqamətində çox geniş planlar var. Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən aparılmış tədqiqatlar "yaşıl hidrogen"in Azərbaycanda istehsal olunmasının kifayət gedər cəlbedici olması qənaətinə gəlindi.

"Bizdə bu istiqamətdə çox ciddi addımların atılmasına cəhd göstəririk və ümid edirəm ki, tez bir zamanda bunun ilkin nəticələrini görəcəyik", - Cavid Abdullayev qeyd edib

O, əlavə edib ki, bərpa olunan enerji mənbələrinin inkişafı çərçivəsində 2027 ilə gedər Azərbaycanın elektrik enerjisi sistemine 1 870 MVt "yaşıl enerji" güclərinin inteqrasiyası planlaşdırılır

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR