“Rusiya - İslam Dünyası: KazanForum” keçiriləcək

“Rusiya - İslam Dünyası: KazanForum” keçiriləcək
# 18 aprel 2023 16:26 (UTC +04:00)

Mayın 18-20-də Tatarıstanın paytaxtında, Kazan Expo Beynəlxalq Sərgi Mərkəzində “Rusiya - İslam Dünyası: KazanForum” 2023-cü il XIV Beynəlxalq İqtisadi Forumu keçiriləcək.

APA-Economics” Rusiya - İslam Dünyası Beynəlxalq İqtisadi Forumunun (KazanForum 2023) xarici mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, forumun məqsədi Rusiyanın regionları ilə 57 dövlətin daxil olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında ticarət-iqtisadi, elmi-texniki, təhsil, sosial və mədəni əlaqələri gücləndirməkdir.

“KazanForum-2023”də 140-dan çox tematik sessiya daxil olmaqla iki yüzə yaxın tədbir keçiriləcək. Ekspert müzakirələri proqramında: İslam maliyyəsi və halal sənaye, beynəlxalq əməkdaşlıq, logistika, davamlı inkişaf, İT texnologiyaları, kiçik və orta biznes, təhsil, tibb, idman və s. Media nümayəndələri üçün “Rusiya-İslam dünyası: Davamlı inkişaf və iqtisadi tərəqqi naminə media əməkdaşlığı” adlı geniş media sessiyası keçiriləcək.

Forumda Rusiya-Azərbaycan, Rusiya-Türkiyə, Rusiya-Özbəkistan, Rusiya-Misir, Rusiya-İndoneziya, Rusiya-Malayziya konfranslarının keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR