Almaniyanın Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış sərgisində “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti də iştirak edir.
ASC-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, “Azərxalça” sərgiyə İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı xalçaları ilə qatılıb. İlk dəfədir ki, Hannover sərgisində iştirak edən “Azərxalça”nın məhsullarını sərgi iştirakçıları böyük maraq və heyranlıqla qarşılayıblar. Hannover sərgisində “ Azərxalça” ASC-ni sədr müavini Orxan Rzayev təmsil edir.
Xatırladaq ki , DOMOTEX ilk dəfə 1989-cu ildə keçirilib.