Sinqapur boğazında iki gəmi toqquşub, 6 nəfər itkin düşüb

Sinqapur boğazında iki gəmi toqquşub, 6 nəfər itkin düşüb
# 17 dekabr 2015 02:52 (UTC +04:00)

Bakı-APA. Sinqapur boğazında yük gəmisi ilə tankerin toqquşması nəticəsində 6 nəfər itkin düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, daha 6 dənizçi xəstəxanaya yerləşdirilib.

İnsident İndoneziyanın ərazi sularında, Batam adasından 11 km şimal-qərbdə baş verib.

Antiqua və Barbudanın bayrağı altında üzən yük gəmisinə ciddi ziyan dəyib. Kayman adalarında qeydə alınmış, kimyəvi maddələr daşıyan tanker isə cüzi zədələnib.

Hadisə yerində xilasedici əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR