Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib

Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib
# 26 fevral 2016 06:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.

APA-nın məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR