Almaniyanın Düsseldorf şəhərinin ərəb məhəlləsində polis xüsusi əməliyyat keçirib

Almaniyanın Düsseldorf şəhərinin ərəb məhəlləsində polis xüsusi əməliyyat keçirib
# 17 yanvar 2016 04:16 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Düsseldorf şəhərinin “Məğrib” ərəb məhəlləsində polis narkotik vasitələrinin alverçilərinə qarşı xüsusi əməliyyat keçirir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ötən gün Bakı vaxtı ilə 20.30-da başlayan əməliyyata 300 polis əməkdaşı cəlb edilib.

N-24 telekanalının məlumatına görə, ilkin istintaq materiallarına əsasən, “oğurluq, qarət və narkotik vasitələrinin satışında şübhəli bilinən şəxslər müəyyən vaxtlarda ərəb məhəlləsində toplaşırlar”.

Əməliyyat nəticələri barədə yanvarın 17-də məlumat veriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR