Şimali Koreya ordusunun baş qərargah rəisi edam edilib

Şimali Koreya ordusunun baş qərargah rəisi edam edilib
# 10 fevral 2016 14:37 (UTC +04:00)

Bakı - APA. Şimali Koreyada Silahlı Qüvvələrin baş qərargah rəisi Ri Yon Gil edam edilib.

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə yerli “Yonhap” agentliyi xəbər yayıb.

Bildirilir ki, qərargah rəisi korrupsiya və mənimsəmədə ittiham olunub. Edam hökmü ötən həftə verilib.

Ri Yon Gilin cinayət məsuliyyətinə cəlb olunması partiya liderlərinin vacib hərbi postlara təyinatına etiraz etməsinin səbəb olduğunu istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR