Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi ləğv edilib

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi ləğv edilib
# 15 yanvar 2016 13:49 (UTC +04:00)

APA-nın məlumatına görə, fərmana əsasən, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.

Müəyyən edilib ki, Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı və mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarəti, Kompleksin fəaliyyətinin təmin olunması, habelə Kompleksə dair proqnozlaşdırma və planlaşdırma işlərinin təşkili və kompleksin perspektiv inkişafının təmin olunması Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçirilir; Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin vəzifə və hüquqları, habelə istifadəsində olan dövlət əmlakı Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə verilir.

Nazirlər Kabinetinə Dənizkənarı Bulvar İdarəsi haqqında Əsasnamənin yeni layihəsini, habelə İdarənin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlamaq, 1 ay müddətində Bakı şəhərindəki dənizkənarı bulvarın ərazisinin hüdudlarını dəqiqləşdirib yenidən təsdiq etsin və onun ərazisində yerləşən bütün tikililərin, qurğuların, məişət və digər obyektlərin siyahısını müəyyən etmək, habelə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin istifadəsində olan dövlət əmlakının Dənizkənarı Bulvar İdarəsinə verilməsini bir ay müddətində həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR