Çavuşoğlu: “Terrorla mübarizə məsələsində Azərbaycanla heç bir fikir ayrılığımız yoxdur”

Çavuşoğlu: “Terrorla mübarizə məsələsində Azərbaycanla heç bir fikir ayrılığımız yoxdur”
# 18 fevral 2016 09:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Terrorla mübarizədə inandığımız yoldan bizi heç kəs döndərə bilməz”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə PKK və PYD-YPG arasında heç bir fərq görmür: “Bu mübarizəmizi hər zaman davam etdirəcəyik. Hər dövlətin öz daxilindəki terror təşkilatlarını təmizləmək ən təbii hüququdur. Sərhəddə yaşayan insanlar orada bizdən terror təşkilatlarını təmizləməmizi istəyir. PKK-dan ən çox təsirlənənlər oradakı kürd qardaşlarımızdır. Terroru təmizləyənə qədər mübarizəmizə davam edəcəyik. Azərbaycanla bu barədə heç bir fikir ayrılığımız yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR