“Azər Türk Bank”ın ödəniş kartları ilə əməliyyatların sayı artıb

“Azər Türk Bank”ın ödəniş kartları ilə əməliyyatların sayı artıb
# 12 may 2017 13:14 (UTC +04:00)

“Azər Türk Bank”ın ödəniş kartları ilə əməliyyatların sayı artıb.

“Azər Türk Bank”ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin birinci rübü ərzində müştərilər Bankın plastik kartları vasitəsilə 185 minə yaxın əməliyyat həyata keçirilib. Kartla əməliyyatların dövriyyəsi 31,5 milyon manat olub. Bu göstəricilər, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25% və 30% çoxdur.

“MasterCard” və “VISA” beynəlxalq ödəniş sistemlərinin üzvü olan “Azər Türk Bank” plastik kartların buraxılması və onlardan istifadə sahəsində xidmətlərin geniş spektrini təqdim edir. Hazırda dövriyyədə Banka məxsus 33 min aktiv plastik kart var ki, bu da 2016-cı ilin ilk rübünün nəticələrinə nisbətən 34% çoxdur.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatıwww.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR