Venesuelada növbədənkənar prezident seçkiləri keçirilir

Venesuelada növbədənkənar prezident seçkiləri keçirilir
# 20 may 2018 11:25 (UTC +04:00)

Bu gün Venesuelada növbədənkənar prezident seçkiləri keçirilir.

APA-nın BELTA agentliyinə istinadən verdiyi məlumata görə, prezident seçkilərində dörd namizəd mübarizə aparır.

Bu namizədlər hazırda prezident Nikolas Maduro, Proqressiv Avanqard Partiyasının lideri Enri Falkon, "Dəyişikliyə ümid" Hərəkatının nümayəndəsi Xavyer Bertuççi və Xalqın Vahid Birliyinin nümayəndəsi Reynaldo Kixadadır.

Seçkilərdə 107 min nəfər xaricdə olmaqla, 20,3 milyon Venesuela vətəndaşının səs verməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR