I rübdə 3,7 mlrd. manatlıq qiymətli kağız buraxılıb

I rübdə 3,7 mlrd. manatlıq qiymətli kağız buraxılıb
# 16 may 2018 13:46 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunmuş məlumatlara görə, bu ilin I rübü ərzində 3 mlrd. 720,9 mln. manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qiymətli kağızlar bazarının ümumi emissiyasının 12,3%-ni səhmlər, 63,1%-ni Mərkəzi Bankın notları, 24,2%-ni dövlət istiqrazları, 0,4%-ni isə korporativ istiqrazlar təşkil edib.

Bu dövr ərzində 423,7 mln. manatlıq səhmlər, Mərkəzi Bankın 2 mlrd. 410,9 mln. manatlıq notları, 169,7 mln. manatlıq dövlət istiqrazları və 37,2 mln. manatlıq korporativ istiqrazları Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.

Bu ilin yanvar-mart aylarında nominal dəyəri 116,7 mln. manat olan korporativ istiqrazlar, 228,7 mln. manat olan səhm və 27,6 mln. manatlıq dövlət istiqrazları tədavüldə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR