ABŞ-da hava limanında atəş açan şəxsin psixoloji problemləri olub - YENİLƏNİB

ABŞ-da hava limanında atəş açan şəxsin psixoloji problemləri olub - <span style="color: red;">YENİLƏNİB
# 07 yanvar 2017 03:02 (UTC +04:00)

ABŞ-ın Fort-Loderdeyl şəhərində hava limanında atəş açan, 26 yaşlı Esteban Santyaqonun psixoloji problemləri olub.

APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə onun qardaşı Brayan Santyaqo bildirib.

Onun sözlərinə görə Nyu-Cersidə anadan olan Esteban iki yaşında valideynləri ilə birgə Puerto-Rikoya köçüb. 2010-cu ildə ABŞ ordusunun mühəndis-istehkam batalyonunun heyətində İraqa yollanıb. Hərbi xidməti başa vurduqdan sonra Alyaska ştatında məskunlaşıb, psixoloji durumunda problem yarandığı üçün müalicə kursu keçib.

Qeyd edək ki, ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Cinayəti törədən Esteban Santyaqo saxlanılıb.

***

02:16

ABŞ-da hava limanında atəş açan şəxsin adı açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə NBC News məlumat verib.

Polisin verdiyi məlumata əsasən, Fort-Loderdeyl şəhərində hava limanında atəş açaraq 5 nəfəri öldürən və 13 nəfəri yaralayan şəxs Esteban Santyaqodur. O, Fort-Loderdeyl şəhərinə Alyaska ştatından gəlib, üzərindəki silahı isə qanun pozuntusu olmadan təyyarəyə keçirib.

Onun üzərində hərbi sənədlərin olduğu bildirilir. Hazırda o, Federal Təhqiqatlar Bürosu əməkdaşları tərəfindən dindirilir. Florida polisi baş verən hadisənin terror aktı olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR