Ermənistanda növbəti əsgər ölümü baş verib

Ermənistanda növbəti əsgər ölümü baş verib
# 27 yanvar 2017 08:13 (UTC +04:00)

Ermənistan ordusunun hərbi hissələrinin birində müddətli hərbi qulluqçu ölüb.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi məlumat yayıb.


Məlumata əsasən yanvarın 26-da, saat 16:20 radələrində hərbi hissələrin birində hərbi qulluqçu Samvel Apinyanın səhhəti qəflətən pisləşib. Hərbi hissənin tibb bölümünə çatdırılan S. Apinyan orada ölüb.

Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR