İsrail səfiri cənub rayonlarına səfər edib

İsrail səfiri cənub rayonlarına səfər edib
# 15 iyun 2017 08:51 (UTC +04:00)

İsrailin Azərbaycandakı səfiri Dan Stav Azərbaycanın cənub rayonlarına səfər edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, səfərin birinci günü o, Neftçala rayon İcra Hakimiyyəti başçısı İsmayıl Vəliyevlə görüşüb. Görüş zamanı kənd təsərrüfatı, balıqçılıq, səhiyyə, turizm və investisiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə edilib. Səfir daha sonra Neftçala Sənaye Parkında yerləşən “Azer YOD” MMC və Balıq Bərpa Mərkəzinə baş çəkib.

Səfərinin ikinci günü Dan Stav Cəlilabada gedərək rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla görüşüb. Dövlət və özəl sektorda əməkdaşlıq imkanları müzakirə edilib. Səfir “Avanqard MMC, “Cəlilabad Şərab-2” zavoduna və Cəlilabad Quşçuluq Zavoduna baş çəkib. O, Cəlilabadda Privolnoye qəsəbəsinə gedərək yəhudi icmasının nümayəndələri ilə də görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR