ABŞ-ın Quantanamo bazasını Kubaya qaytarmaq niyyəti yoxdur

ABŞ-ın Quantanamo bazasını Kubaya qaytarmaq niyyəti yoxdur
# 02 iyul 2015 04:52 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Quantanamo hərbi bazasını Kubaya qaytarmaq niyyəti yoxdur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter Vaşinqton və Havana arasında diplomatik münasibətlərin bərpa edilməsi ilə bağlı Quantanamo bazasının Kubaya qaytarılmasının mümkünlüyünü şərh edərkən bildirib.

“Nə belə bir gözlənti, nə də Quantanamo buxtasının qaytarılması ilə bağlı hər-hansı bir plan yoxdur”, deyə Karter bildirib.

Qeyd edək ki, Kuba hökuməti ABŞ-la münasibətlərin bərpası fonunda ötən gün Vaşinqtona Quantanamo hərbi bazasının yerləşdiyi ərazinin geri qaytarılması daxil olmaqla bir neçə tələb irəli sürüb.

Kuba hakimiyyəti həmçinin yarıməsrlik iqtisadi embarqonun götürülməsinin vacibliyini qeyd edib. Həmçinin ABŞ-dan Kuba ərazisinə təxribat xarakterli televiziya və radio verilişlərinin yayımına son qoyulmasının da vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR