Xaçmazda 12 yaşlı velosipedçini maşın vurub

Xaçmazda 12 yaşlı velosipedçini maşın vurub
# 05 sentyabr 2017 18:19 (UTC +04:00)

Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Velosipedlə hərəkət edən 12 yaşlı Daşdəmirov Orxan Fəxri oğlunu "VAZ 2106" markalı maşın vurub. Xəstəxanaya yerləşdirilən azyaşlıya başın, əlin və dizinin sıyrıntıları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR