Elmar Məmmədyarov ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Kiyevə gedib

Elmar Məmmədyarov ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Kiyevə gedib
# 04 dekabr 2013 15:59 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Ukraynanın Kiyev şəhərinə yola düşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd sabah Kiyevdə keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etməkdir.

Sessiya çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan XİN başçısının Kiyevdə erməni həmkarı Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR