Şüvələn-Zirə yolunda 3 avtomobil toqquşub, ölən var

Şüvələn-Zirə yolunda 3 avtomobil toqquşub, ölən var
# 14 yanvar 2014 08:38 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Xəzər rayonunda, Şüvələn-Zirə şosesində qeydə alınıb.

Bakı şəhər sakinləri 1976-cı il təvəllüdlü Rövşən Ağasəf oğlu Abbasovun idarə etdiyi «VAZ-2107» markalı, 1947-ci il təvəllüdlü Şirbala Mirbala oğlu Fərəcovun idarə etdiyi «Mercedes» markalı və 1977-ci il təvəllüdlü Əvəz Cabir oğlu Əliyevin idarə etdiyi «Ford» markalı avtomobillər toqquşub.

Nəticədə R. Abbasov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR