Rusiya XİN: Beynəlxalq normalara riayət olunması sahəsində ABŞ-ın başqalarına dərs keçməyə mənəvi haqqı yoxdur

Rusiya XİN: Beynəlxalq normalara riayət olunması sahəsində ABŞ-ın başqalarına dərs keçməyə mənəvi haqqı yoxdur
# 06 mart 2014 16:35 (UTC +04:00)

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya XİN-in bəyanatında rəsmi Vaşinqton faktları təhrif etməkdə günahlandırılıb.

Sənəddə qeyd olunur ki, ABŞ Maydanı himayə etdiyini və radikal millətçiləri qanuni hakimiyyətin zorakı yolla devrilməsinə həvəsləndirdiyini inkar edir: “Beynəlxalq normalara riayət olunması və digər ölkələrin suverenliyinə hörmət olunması sahəsində ABŞ-ın başqalarına dərs keçməyə mənəvi haqqı yoxdur. Çünki yaxın tarixə baxdıqda, saxta bəhanələrlə Yuqoslaviyanın bombalanmasını və İraqa hərbi müdaxiləni görürük. Öz vətəndaşlarının müdafiəsi adı altında ABŞ Livana, Dominikan Respublikasına, Qrenadaya, Liviyaya və Panamaya soxulub. Ona görə də ABŞ Krım əhalisinin əksəriyyətini təşkil edən həmvətənlərinin müdafiəsinə qalxan Rusiyanı ittiham edə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR