Taner Yıldız: “Şahdəniz-2” layihəsi həm Azərbaycanın, həm də bütün iştirakçı dövlətlərin rifahına xidmət edəcək” - VİDEO

Taner Yıldız: “Şahdəniz-2” layihəsi həm Azərbaycanın, həm də bütün iştirakçı dövlətlərin rifahına xidmət edəcək” - <span style="color: red;">VİDEO
# 17 dekabr 2013 10:19 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu Türkiyənin təbii ehtiyatlar və energetika naziri Taner Yıldız “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, layihə həm Azərbaycanın, həm də layihəyə cəlb olunmuş bütün iştirakçı dövlətlərin rifahına xidmət edəcək: “Türkiyə əvvəldən bu layihəni dəstəkləyib və bu dəstək bundan sonra da davam edəcək. Çünki Bakı-Tiflis-Ceyhan Xəzərin enerji resurslarının dünya bazarına çıxarılması üçün vacib layihə olsa da, yetərli deyil. Xəzər regionu öz ehtiyatlarını dünya bazarına təklif etməklə daha da çiçəklənəcək və inkişaf edəcək. Türkiyə özünün coğrafi və strateji mövqeyindən istifadə edərək buna daim öz töhfəsini verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR