İranda zəlzələ olub

İranda zəlzələ olub
# 27 yanvar 2014 08:32 (UTC +04:00)

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Sistan və Bəlucistan vilayətinin Sərcəngəl rayonuna təsadüf edib.

4,9 bal gücündə olan zəlzələ yanvarın 27-də Bakı vaxtı ilə saat 06:46-da yerin 8 km dərinliyində meydana gəlib. Təbii fəlakət Sərcəngəldən 24 km, Zahidandan 89 km və Məscid-e Həzrət-e Əbülfəzldən 94 km uzaqlıqda baş verib. Dağıntı və tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR