Mahaçqalada polis naryadı atəşə tutulub

Mahaçqalada polis naryadı atəşə tutulub
# 28 sentyabr 2013 17:21 (UTC +04:00)

Bakı-APA. Dağıstanın paytaxtı Mahaçqalada polis naryadı atəşə tutulub, nəticədə 2 asayiş keşikçisi yaralanıb. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan DİN-ın mətbuat xidməti məlumat yayıb.

Şəhərin Akuşinski prospektində baş vermiş atışma nəticəsində 2 polis yaralanıb. Cinayətkarlar avtomobildən atəş açıblar. Onların axtarışı davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR