İstintaq təcridxanasına konfetin içərisində narkotik keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına konfetin içərisində narkotik keçirilməsinin qarşısı alınıb
# 13 yanvar 2014 12:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İstintaq təcridxanasına konfetin içərisində narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs İxtiyar Sabir oğlu Tahirovun tanışı Yeganə Tahir qızı Rəşidinin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman “Truffel” konfetinin içərisində gizlədilmiş 1 ədəd təxmini çəkisi 6,5 qram olan narkotik vasitə - “Tiryək” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR