Azərbaycan Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 22 dəfə pozulub - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 22 dəfə pozulub - <span style="color: red;">VİDEO
# 10 oktyabr 2014 06:41 (UTC +04:00)

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.


Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Göyarx, Çaylı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Ağdam rayonunun Cəvahirli kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR