Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə indiyədək yönəldilən sərmayələrin həcmi açıqlanıb

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə indiyədək yönəldilən sərmayələrin həcmi açıqlanıb
# 06 mart 2015 13:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 72,7 mln. ABŞ dollları və ya 57,1 mln. manat yönəldilib.

APA-Economics”in xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda əks olunub.

Hesabatda qeyd olunur ki, bu maddə üzrə ARDNF-nin xərcləri Fondun büdcəsində nəzərdə tutulana nisbətən (132,3 mln. manat) və yaxud 43,1% səviyyəsində icra olunub.

2007-2014-cü illər ərzində ARDNF-dən bu layihənin maliyyələşdirilməsinə ümumilikdə 424,2 mln. manat və yaxud 536,6 mln. ABŞ dolları məbləğində vəsait ayrılıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi çərçivəsində Türkiyənin ərazisində 76 km və Gürcüstan ərazisində 26 km uzunluğunda olan Qars-Axalkalaki dəmir yolunun tikintisi və Gürcüstan ərazisində 160 km uzunluğunda Axalkalaki-Marabda yolunun reabilitasiya-rekonstruksiyası işlərinin həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR