Türkmənistan prezidenti Şirvan şəhərində baş vermiş partlayışla bağlı Azərbaycan prezidentinə başsağlığı verib

Türkmənistan prezidenti Şirvan şəhərində baş vermiş partlayışla bağlı Azərbaycan prezidentinə başsağlığı verib
# 28 iyul 2016 08:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Azərbaycan prezidenti İlham Əliyevə Şirvan şəhərində yerləşən, Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş verən partlayışla əlaqədar başsağlığı verib.

APA-nın “ca-news.org” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Türkmənistan dövlət başçısı özü, hökuməti və türkmən xalqı adından ölənlərin ailələrinə, yaxınlarına başsağlığı verib, yaralıların isə tezliklə şəfa tapmasını dilədiyi qeyd edilib.

Qeyd edək ki, hadisə zamanı zavodun iki əməkdaşı Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı həyatlarını itirib. Son məlumatlara görə, daha 24 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR