İsfahan-İstanbul aviareysi açılıb

İsfahan-İstanbul aviareysi açılıb
# 20 dekabr 2012 10:29 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İsfahan-İstanbul aviareysi açılıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İsfahan hava limanının sədri Əli Qasımzadə açıqlama verib.

O bildirib ki, İsfahan şəhəri hazırda İranın ən mühüm sənaye və turizm şəhərlərindən biridir: “İsfahan və İstanbul arasında aviareysin açılması İran və Türkiyə xalqlarını bir-birinə daha da yaxınlaşdıracaq, iki ölkənin ictimai və mədəni inkişafına müsbət təsir göstərəcək”.

Qeyd edək ki, İsfahan şəhəri XVII-XVIII əsrdə I Şah Abbas dövründə Səfəvilər imperiyasının paytaxtı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR