Göyçayda bələdiyyələr üçün “Yerli vergilər və ödənişlər” mövzusunda regional seminar keçirilib

Göyçayda bələdiyyələr üçün “Yerli vergilər və ödənişlər” mövzusunda regional seminar keçirilib
# 24 iyun 2011 22:49 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Vergilər Nazirliyinin Göyçay şəhərindəki 9 saylı ərazi vergilər idarəsində bələdiyyə sədrlərinin iştirakı ilə “Yerli vergilər və ödənişlər” mövzusunda seminar keçirilib. APA-nın Şirvan bürosunun xəbərinə görə Ağdaş, Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarından olan 100-ə yaxın bələdiyyə sədrinin iştirak etdiyi tədbirdə Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin dövlət orqanları, bələdiyyələr və vergi ödəyiciləri ilə iş şöbəsinin müdiri Cəmil Tahirov, 9 saylı ərazi vergilər idarəsinin rəis müavini Cavid Abdullayev çıxış edib. Seminar iştirakçılarına bələdiyyə büdcəsinə ödənilən fiziki şəxslərin torpaq və əmlak vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinin hesablanması və ödənilməsi qaydaları, tətbiq olunan vergi güzəştləri, ödənilməmiş vergilərə hesablanan faizlər haqqında məlumat verilib.
Bələdiyyə sədrləri yerli vergilər və ödənişlərin aparılması zamanı qarşılaşdıqları çətinliklərdən danışıb, onların mövzu ilə bağlı sualları cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR