Moskvada faşizm üzərində qələbənin 67-ci ildönümü münasibəti ilə hərbi parad keçirilib - FOTOSESSİYA

Moskvada faşizm üzərində qələbənin 67-ci ildönümü  münasibəti ilə hərbi parad keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 09 may 2012 10:10 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hərbi paradda Rusiyanın prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedev və digər dövlət rəsmiləri iştirak ediblər.

Hərbi paradda 14 min hərbçi iştirak edib. Onlar arasında hərbi məktəblərin kursantları, hava və quru qoşunların əsgər və zabitləri, dəniz qoşunları, daxili qoşunların əsgərləri olub.

Hərbiçilər Kremlin qarşısındakı Qızıl meydandan keçiblər. Parad müdafiə naziri vəzifəsini icra edən Anatoli Serdyukovun mərkəzi tribunada dayanan prezident və ali baş komandan Vladimir Putinə raport verməsi ilə başlayıb. Daha sonra hərbi orkestr Rusiyanın dövlət himnini ifa edib.

Rusiya prezidentinin çıxışından sonra təbilçilərin dəstəsi meydandan keçib, daha sonra Rusiya bayraqlarını daşıyan qrup meydanda görünüb. Bunun ardınca meydandan tank diviziyaları, motoatacı briqada, hərbi-hava qüvvələrinin desant qüvvələri, dəniz piyadaları briqadası, daxili qoşun hissələri, ali hərbi məktəblərin kursantları keçiblər. Sonda isə parada Rusiyanın nüvə başlıqları daşıyan strateji raket qoşunları qatılıb.

Paradda 112 ədəd döyüş texnikası iştirak edib. Quru qoşunlarının T-90 tankları, piyadaların döyüş maşınları, operativ-taktiki “İsgəndər” raketləri, “Smerç” qurğuları, “Buk” hava hücumundan müdafiə sistemləri və S-400 «Triumf» zenit-raket sistemləri paradda nümayiş olunub.

Daha sonra Vladimir Putin və Dmitri Medvedev ikinci Dünya Müharibəsinin iştirakçısı olmuş veteranlarla görüşüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR