Azərbaycan paytaxtında yağmursuz, dəyişkən buludlu hava şəraiti proqnozlaşdırılır

Azərbaycan paytaxtında yağmursuz, dəyişkən buludlu hava şəraiti proqnozlaşdırılır
# 09 may 2012 10:19 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, səhər 21-23, gündüz 25-29 dərəcə isti olacaq.

Mayın 11-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 10-da gün ərzində əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimal edilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Mayın 11-də bölgələrdə gün ərzində əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR