Türkiyə və Çin yeraltı təbii qaz deposunun yaradılmasına dair saziş imzalayıb

Türkiyə və Çin yeraltı təbii qaz deposunun yaradılmasına dair saziş imzalayıb
# 30 noyabr 2011 10:43 (UTC +04:00)
Bakı - APA-Economics. Türkiyə və Çin arasında Duzgölüdə yeraltı təbii qaz deposunun yaradılmasına dair saziş imzalanıb.

APA-Economics”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, imzalanma mərasi¬min¬də çıxış edən Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız iki ölkə arasında ener¬getika sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirib.

Onun sözlərinə görə, Türkiyə və Çin öz iqtisadi inkişafları ilə diqqəti cəlb edirlər: “İki ölkə arasında energetika sahəsində əməkdaşlığın potensialı çox yüksəkdir. Biz əməkdaşlığımızı dərinləşdirməli, daha bir neçə təbii qaz deposu inşa etməliyik”.

Çin ticarət nazirinin müavini Vanq Juan isə qeyd edib ki, dünya iqtisadiyyatında inteqrasiya meylləri gücləndiyindən, Türkiyə və Çin əməkdaşlıq daha da effektli olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR