ABŞ məhkəməsi İrana gizli hərbi texnologiya satdığı üçün ICM Components Inc. şirkəti haqqında iddia ərizəsi qaldırıb
02 mart 2012 01:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ Federal Məhkəməsi İrana gizli hərbi texnologiya satdığı üçün rəhbəri Devid Levik olan və Avstraliyada fəaliyyət göstərən ICM Components Inc. adlı şirkət haqqında iddia ərizəsi qaldırıb. APA-nın məlumatına görə, işdə Avstraliyada yaşayan və bu ölkədə olduğu hesab edilən Devid Levikin rəhbərlik etdiyi şirkət vasitəsilə 2007-ci ilin martından etibarən iki ildən çox müddətdə İrana hərbi texnologiyada istifadə olunan məhsullar ixrac etdiyi irəli sürülür. İddia ərizəsində Devid Levik ilə şirkətinin İranı təmsil edən bir şirkətin təyyarə istehsalında lazım olan məhsulları ABŞ-ın Florida ştatındakı bir şirkət vasitəsilə bu parçaların hansı məqsədlə istifadə ediləcəyini gizləyərək ABŞ-dakı istehsalçılardan təmin etdiyi bildirilir.
Amerika
Boliviyanın keçmiş prezidenti Evo Morales azyaşlıya təcavüz və insan alverində şübhəli bilinir
10:22
4 oktyabr 2024
Pentaqon: Qərbin Ukrayna üzərində Rusiya raketlərini məhv etməsi ABŞ-ni müharibəyə cəlb edəcəkdi
00:42
4 oktyabr 2024
ABŞ-də qasırğa 200-dən çox şəxsin ölümünə səbəb olub
22:01
3 oktyabr 2024
Bayden: Biz İranın nüvə obyektlərinə hücumun tərəfdarı deyilik
02:50
3 oktyabr 2024