Çeçenistanda milis leytenantı həlak olub

Çeçenistanda milis leytenantı həlak olub
# 14 sentyabr 2010 08:20 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının Çeçenistan Respublikası ərazisində silahlı qrupun zərərsizləşdirilməsi məqsədilə keçirilən xüsusi əməliyyat zamanı milis leytenantı həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sentyabrın 14-nə keçən gecə Şatoy rayonunun Noxç-Keloy kəndindəki meşə massivində axtarış tədbirləri zamanı milis əməkdaşları silahlı şəxslərlə qarşılaşıb. Atışma zamanı milisin post-patrul xidmətinin leytenant rütbəli rota komandiri həlak olub, sahə müvəkkili isə yaralanıb. Əməliyyat davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR