AMİP 2 aprel məhbuslarının azadlığa buraxılması xahişi ilə Azərbaycan prezidentinə müraciət edib

AMİP 2 aprel məhbuslarının azadlığa buraxılması xahişi ilə Azərbaycan prezidentinə müraciət edib
# 18 may 2012 13:47 (UTC +04:00)
Bakı-APA. AMİP Siyasi Şurası 2 aprel məhbuslarının azadlığa buraxılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, 2 aprel məhbuslarının hələ də həbsdə olması ölkə üçün mühüm hadisə hesab olunan “Eurovision” yarışması öncəsi Azərbaycan beynəlxalq imicinə zərər vuran bir hadisədir: “Azərbaycana düşmən münasibəti olan qüvvələr də ölkə əleyhinə təbliğat üçün geniş istifadə edirlər. Bu isə Dağlıq Qarabağ problemi yaşayan və ətrafı düşmənlə əhatələnmiş bir ölkə üçün məgbul hal hesab olunmur. Qarşıdan gələn 28 May öncəsi 2 aprel məhbuslarının ailələrinə qovuşması 28 May müstəqillik gününə böyük önəm verilməsinə əyani sübut ola bilər. Bunları nəzərə alaraq AMİP Siyasi Şurası 1 ildən artıq həbsdə olan 2 aprel məhbuslarının azadlığa buraxılması üçün səlahiyyətlərinizdən istifadə etmənizi xahiş edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR